5 dekabr 2025. Cümə

Millinin futbolçusu etik qaydanı pozsa... - Ruslar cəzaları açıqladılar


Millinin futbolçusu etik qaydanı pozsa... - Ruslar cəzaları açıqladılar

Rusiya Futbol İttifaqı (RFİ) ölkə milli komandasının futbolçularına daxili qayda pozuntularına görə tətbiq olunacaq cərimələri açıqlayıb.

Corner.az Rusiya mətbuatına istinadən xəbər verir ki, millinin təlim-məşq toplanışı, RFİ, FİFA və UEFA tədbirlərində iştiraka gecikməyə görə cərimə 500 avro müəyyən edilib (üzürsüz səbəbə görə 750 avro).

Bundan başqa digər cəzalar isə aşağıdakı kimidir:

Millinin rəsmi tədbirində iştiraka gecikməyə görə cərimə - 1 min avro. Tədbirdə iştirak etməməyə görə 1250 avro.

Baş məşqçinin, məşqçilərin, RFİ rəhbərliyinin tapşırığını yerinə yetirməməyə görə 1,5 min avro. RFİ-nin sponsor müqaviləsin pozmağa görə 3 min avro.

Təlim-məşq toplanışı, məşqlər və iclas zamanı qeyri-idman davranışlara görə cərimə - 1,5 min avro.

Milli daxilində qadağan olunan xəbəri yaymağa görə cərimə - 3 min avro.

Cəmiyyət qarşısında etik və əxlaqi normaları pozmağa cərimə - 1,5 min avro.

Ciddi qayda pozuntusuna görə qırmızı vərəqə və təhqiramiz davranışa görə cərimə - 3 min avro.(qol)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb