5 dekabr 2025. Cümə

Azərbaycan müdafiədə yaxşı, kompakt oynadı - Hapal


Azərbaycan müdafiədə yaxşı, kompakt oynadı - Hapal

“Biz oyuna yaxşı başladıq və bir neçə təhlükəli epizodlar yaratdıq. Rəqib isə kompakt oynadı. Fasilədən sonra sanki Azərbaycan millisinin futbolçularında bir canlanma yaşandı. Bizdə isə əksinə, ikinci hissədə futbolçularım bir qədər həvəsdən düşdülər".

Corner.az-ın AFFA-nın saytına istinadən xəbərinə görə, bu sözləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal Avro-2020-nin seçmə mərhələsinin sonuncu turunda Azərbaycana 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Uelsin hesabda öndə olması xəbəri də təsir etməyə bilməzdi. Azərbaycan millisinin hesabı bərabərləşdirmək imkanı oldu, ancaq qapıçımız əla çıxış edərək buna imkan vermədi. Həmin epizod zamanı bir qədər də bəxtimiz gətirdi. Ardınca isə ikinci qolu vurduq” - deyə o bildirib.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb