- Avropa çempionatı
- 15:35 16.11.2025
Dünən 2020-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi başa çatıb.
Corner.az xəbər verir ki, bununla da final mərhələsinə vəsiqə qazanan 20 komanda bəlli olub.
Digər 4 yığmanın adına isə pley-off oyunlarından sonra aydınlıq gələcək.
Avropa çempionatına vəsiqə qazanan 20 yığma komanda:
İngiltərə
Çexiya
Ukrayna
Almaniya
Niderland
Xorvatiya
İspaniya
İsveç
Polşa
Avstriya
Fransa
Türkiyə
Belçika
Rusiya
İtaliya
Finlandiya
İsveçrə
Danimarka
Portuqaliya
Uels
Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 3, 1/4 finalın 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.