Almaniya milli komandası Avro-2020-nin seçmə mərhələsində Şimali İrlandiyaya qalib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, həmin görüş Almaniya yığmasının futbolçusu Serj Qnabri üçün əlamətdar olub.
Belə ki, oyunda het-trik edən hücumçu, millidə keçirdiyi ilk 13 oyunda 13 qol vurub.
Qnabri bununla da, yığmada 13 qol səddinə ən tez çatan futbolçu olub. O, Miroslav Klozenin rekordunu qırıb. Keçmiş hücumçu ilk 13 oyununda 11 qol vurmuşdu.