5 dekabr 2025. Cümə

Pley-offda mübarizə aparacaq komandalar bilindi- Avro-2020


Pley-offda mübarizə aparacaq komandalar bilindi- Avro-2020

UEFA Millətlər Liqasında Avro-2020-yə son 4 vəsiqə uğrunda pley-offda mübarizə aparacaq bütün komandalar müəyyənləşib.

Corner.az xəbər verir ki, bunlar İslandiya, Bosniya və Herseqovina, Slovakiya, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya, Gürcüstan, Şimali Makedoniya, Kosova və Belarus milli komandalarıdır.

Bu yığmalar A, B, C və D yolunda yarımfinal və final oyunlarında iştirak edəcəklər. Hər qrupda dörd komanda olacaq və onlardan ən güclüsü qitə çempionatına vəsiqə qazanacaq.

B yolunda yarımfinallarda Bosniya və Herseqovina Şimali İrlandiya ilə, Slovakiya isə İrlandiya ilə qarşılaşacaq. Azərbaycan millisinin yer aldığı D yolunda 3-cü qrupun qalibi olan Kosovo Şimali Makedoniya ilə qarşılaşacaq. Gürcüstan isə Belarusla üz-üzə gələcək.

C yolunda Norveç Serbiya ilə görüşəcək. Şotlandiyanın rəqibi isə püşkdən sonra müəyyənləşəcək. Rəqib Bolqarıstan, İsrail, Macarsıtan və Rumıniya ola bilər. Qalan 3 komanda isə İslaniya ilə birgə A yolunda yer alacaqlar. Burada da rəqiblər püşkə əsasən müəyyənləşəcək.

A yolu

İslandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

 

B yolu

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

 

C yolu

Şotlandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

Norveç - Serbiya

 

D yolu

Gürcüstan - Belarus

Şimali Makedoniya – Kosovo

Qeyd edək ki, yarımfinallar gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb