5 dekabr 2025. Cümə

Pley-off mərhələsinin püşkü atıldı - Avro-2020


Pley-off mərhələsinin püşkü atıldı - Avro-2020

Bu gün Avro-2020-nin pley-off mərhələsinin püşkü atılıb.
 
Corner.az xəbər verir ki, mərasimdə final mərhələsinə son 4 vəsiqə uğrunda mübarizə aparacaq 16 komanda iştirak edib.

Bu komandalar arasında 5 cütlük artıq bəlli idi. Bu gün isə digər 3 cütlük müəyyənləşib.

Qeyd edək ki, bu komandalar A, B, C və D yolunda yarımfinal və final oyunlarında iştirak edəcəklər. Hər qrupda dörd komanda olacaq və onlardan ən güclüsü qitə çempionatına vəsiqə qazanacaq.

Yarımfinallar gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.

A yolu

İslandiya - Rumıniya

Bolqarıstan - Macarıstan

B yolu

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

C yolu

Şotlandiya - İsrail

Norveç - Serbiya

D yolu

Gürcüstan - Belarus

Şimali Makedoniya - Kosovo









Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb