5 dekabr 2025. Cümə

Rusiya millisi Avro-2020-dən kənarlaşdırıla bilər


Rusiya millisi Avro-2020-dən kənarlaşdırıla bilər

Rusiya millisi Avro-2020-dən kənarlaşdırıla bilər.

Corner.az-ın "BBC"yə istinadən xəbərinə görə, bu barədə Rusiya Antidopinq Agentliyinin baş direktoru Yuri Qanus məlumat verib. O bildirib ki, Sankt-Peterburqun qitə çempionatının oyunlarına ev sahibliyi etməmə ehtimalı da var: "Hər nə qədər ehtimal olsa da, Rusiya millisi Avropa çempionatından məhrum edilə bilər. Hazırda Rusiya Antidopinq Agentliyi Ümumdünya Antidopinq Agentliyinə (WADA - red.) şərti uyğunluq rejimindədir. Onu saxlamaq üçün biz iki şərti yerinə yetirməli idik. Birincisi, 31 dekabr 2018-ci ilədək ekspertləri Moskva laboratoriyasına ekspertləri buraxmalı və onlara elektron bazanı verməliyik. İkincisi, 30 iyun 2019-cu ilədək maddi məlumatların -  WADA-nın araşdırma şöbəsinə verilməsi üçün dopinq-test siyahısının ötürülməsini təmin etməli idik".

Qeyd edək ki, Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsi Rusiyanın uyğunluq məsələsindəki problemlər səbəbindən 4 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılmasını tövsiyə etdiyi iddia olunur.(qol)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb