- Avropa çempionatı
- 15:35 16.11.2025
Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Bakıya gəlib. Corner.az-ın məlumatına görə, 67 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda olub.
Təcrübəli çalışdırıcı AVRO-2020-nin oyunları üçün otel və təlim-məşq bazası seçimi ilə bağlı ölkəmizə səfər edib. "Ay-ulduzlular"ın nümayəndə heyəti ilə birlikdə paytaxtımıza tanışlıq məqsədilə gələn Günəş Bakı Olimpiya Stadionuna (BOS) da baş çəkəcək
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.