- Avropa çempionatı
- 20:40 06.02.2026
Almaniya yığması Avro-2020-yə hazırlıq məqsədilə iki yoxlama oyunu keçirəcək.
Corner.az-ın Almaniya Futbol Federasiyasının saytına istinadən xəbərinə görə, milli komanda gələn il martın 26-ı Madriddə İspaniya yığmasının qonağı olacaq. Kollektiv martın 31-i isə Nürnberqdə İtaliya ilə qarşılaşacaq.
Qeyd edək ki, Almaniya Avro-2020-də F qrupunda A Liqasının qalibi, Portuqaliya və Fransa ilə qarşılaşacaq.