26 mart 2026. Cümə axşamı

Messi 8 ildən sonra heyətdən kənarda


Messi 8 ildən sonra heyətdən kənarda

“Barselona” Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə “İnter”lə qarşılaşacaq.

Corner.az xəbər verir ki, Kataloniya klubunun kapitanı Lionel Messi sözügedən səfər matçının heyətinə daxil edilməyib.

Baş məşqçi Ernesto Valverde Messiyə istirahət verdiyini açıqlayıb. 32 yaşlı futbolçunun son 8 ildə ilk dəfə Çempionlar Liqasında bir görüşün heyətinə daxil edilməyib. Argentinalı hücumçu sonuncu dəfə 2011-ci ildə, BATE ilə keçirilən oyunda heyətdə olmamışdı.

Qeyd edək ki, bu gün keçiriləcək “İnter” – “Barselona” matçı saat 00:00-da start götürəcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"