1 fevral 2026. Bazar günü

Eşşək şəkli olan pankart açdı - Çempionlar Liqasında qalmaqal düşdü


Eşşək şəkli olan pankart açdı - Çempionlar Liqasında qalmaqal düşdü

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda keçirilən "Lion" – “Leyptsiq”  matçından sonra xoşagəlməz hadisə yaşanıb.

Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüşdən sonra meydana girən yerli azarkeşlərdən biri Fransan klubunun müdafiəçisi Marseloya qarşı  üzərində eşşək şəkli olan və “Marselo, bu klubu tərk et” yazılan pankart açıb. Marselo azarkeşə cavab olaraq, ona tərəf gedib və  orta barmağını göstərib. "Lion"un kapitanı Memfis Depay da həmin azarkeşdən pankartı almağa çalışıb. Komanda yoldaşlarının müdaxiləsindən sonra isə Depay və Marselo sakitləşdirilib.

"Lion” – “Leyptsiq” matçı 2:2 hesablı heç-heçə ilə başa çatıb və hər iki komanda 1/8 finala yüksəlib.(qol)







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”