12 may 2026. Çərşənbə axşamı

Liverpul'la düşsək, onları məhv edəcəyik - Zidan


Liverpul'la düşsək, onları məhv edəcəyik - Zidan

"Bu qələbədən razıyıq. Görüşün əvvəlində çətinliklər oldu. Ancaq oyunçularıma oyuna uyğunlaşmaq üçün 10 və ya 15 dəqiqə lazım oldu. İkinci hissədə isə daha yaxşı oynadıq".

Corner.az-ın goal.com-a istinadən xəbərinə görə, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Brügge" ilə oyundan (3:1) sonra deyib.

"Yoviçin az qol vurması mənim problemimdir. Onunla işləməyə davam etmək lazımdır. Bəli, ona çətindir. Çünki az oynayır. Amma Yoviç vəziyyəti başa düşür" - deyə o bildirib.

Fransalı mütəxəssis 1/8 finalda "Liverpul"la düşməkdən çəkinib-çəkinmədikləri ilə bağlı sualı belə cavablandırıb: "Əgər biz "Liverpul"la düşsək, onları məhv edəcəyik (gülür)".(qol)







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"