5 dekabr 2025. Cümə

Onda tennis oynamalı idim - Neymar


Onda tennis oynamalı idim - Neymar

PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Qalatasaray"la matçda (5:0) komanda yoldaşı Edinson Kavaniyə etdiyi jest barədə danışıb.

Corner.az xəbər verir ki, parislilər penalti vurmaq hüququ qazananda braziliyalı hücumçu  topu əlinə götürərək onu hörmət əlaməti olaraq komanda yoldaşı Edinson Kavaniyə verib.

Neymar bildirib ki, bu hərəkəti kimləsə barışmaq üçün etməyib: "Mən ilk növbədə komandanın maraqlarını düşünürəm. Futbolda fərdiyyətçiliyə yer yoxdur. Başqa cür düşünəydəm, onda tennis oynamalı idim. Futbolda bütün komanda üzvlər xoşbəxt olmalıdır və özlərini yaxşı hiss etməlidir. Düşünürəm ki, Kavaninin də bunu ehtiyacı var idi. Yekun da o da qol vurdu".

Qeyd edək ki, 2017-ci ilin sentyabrında məhz penalti vurmağa görə bu iki futbolçu arasında gərginlik yaranmışdı. “Lion”la matçda Neymar penaltini özü vurmaq istəsə də, Kavani buna mane olmuş və qeyri-dəqiqliklə yekunlaşan zərbəni özü yerinə yetirmişdi. Bundan sonra hər iki futbolçu arasında paltardəyişmə otağında münaqişə yarandığı iddia edilirdi. Başqa bir matçda (“Dijon”, 4:2) isə Neymar Kavaninin penalti vurmasına imkan verməmişdi. Bu isə azarkeşlərin narazılığına səbəb olmuşdu.(qol)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”