1 oktyabr 2026. Cümə axşamı

İngiltərə klublarından rekord nəticə


İngiltərə klublarından rekord nəticə

İngiltərə klublarının hamısı bu mövsüm avrokubokda pley-off mərhələsinə yüksəlib.

Corner.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, bu isə son 10 ildə bir ilkdir. Belə ki, sonuncu dəfə 2008/2009 mövsümündə Premyer Liqa təmsilçilərinin hamısı avrokuboklarda qrupdan çıxmağı bacarmışdı.

 Bu mövsüm Çempionlar Liqasında "Liverpul", "Tottenhem", "Çelsi", "Mançester Siti", Avropa Liqasında isə "Arsenal", "Mançester Yunayted" və "Vulverhempton" pley-offa yüksəlib.

Qeyd edək ki, ötən mövsüm avrokuboklarda İngiltərə finalı yaşanmışdı.(







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”