5 dekabr 2025. Cümə

Klopp'dan Simeone'yə kinayəli atmaca


Klopp'dan Simeone'yə kinayəli atmaca

"Liverpul"un baş məşqçisi Yürgen Klopp Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.

Corner.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Atletiko"ya rəqib olmaları ilə bağlı deyib:

"Maraqlı püşk oldu. Sözün düzü, Madrid klublarından biri ilə düşəcəyimizi düşünürdüm, elə də oldu. Bizdə bu şəhər haqda ancaq ən yaxşı xatirələr var. Amma bu dəfə "Atletiko" ilə qarşılaşacağıq. Ağır oyunlar olacaq, amma bu mərhələdə bütün komandalar finala yüksəlməyə layiqdirlər. Çətin ki, Simeone otağında qaçır və "Liverpul"la düşməklərinə sevinir".

Qeyd edək ki, bu komandalar arasında ilk oyun fevralın 18-i İspaniyada, cavab görüşü isə martın 11-i İngiltərədə olacaq.(qol)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”