15 avqust 2026. Şənbə

Real Çempionlar Liqasının kralıdır – Qvardiola


Real Çempionlar Liqasının kralıdır – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalının püşkünü dəyərləndirib.

Corner.az xəbər verir ki, ispaniyalı mütəxəssis "AS" nəşrinə açıqlamasında rəqibləri olan Madrid klubunu turnirin kralı adlandırıb:

“Möhtəşəm qarşılaşma olacaq. Rəqibimizin bu turnirdəki təcrübəsi bizdən çoxdur. Çünki "Real" Çempionlar Liqasının kralıdır. Ən yaxşısını etməyə çalışacağıq və ümid edirəm ki, iki əla oyun göstərəcəyik.

Avropanın 16 komandası arasında olmaq çox xoşdur. Görək, biz oyuna hansı formada hazır olacağıq, “Real” necə hazırlaşacaq. Çempionlar Liqasını qazanmaq istəyirsənsə, ən güclü rəqiblə qarşılaşmaq məcburiyyətindəsən”.

Qeyd edək ki, komandalar arasında  ilk oyun fevralın 26-da Madriddə, cavab matçı isə martın 17-də Mançesterdə olacaq.(qol)







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu