14 dekabr 2025. Bazar günü

“Qarabağ” TOP “100-lük”də


“Qarabağ” TOP “100-lük”də

UEFA 1955-ci ildən indiyə qədər futbol üzrə Çempionlar Liqasında çıxış etmiş bütün klubların reytinq cədvəlini açıqlayıb.

Corner.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Ağdam təmsilçisi “Qarabağ”ın da adı var.

ÇL-in 63 illik tarixi ərzində 4-ü təsnifat, 1-i isə qrup mərhələsi olmaqla, ümumilikdə 5 dəfə qitənin bir nömrəli klub turnirində mübarizə aparan Ağdam təmsilçisi 33 xalla 100-cü pillədə qərarlaşıb.

Çempionlar Liqasında 30 oyun keçirən “Qarabağ” bu matçların 11-də qələbə qazanıb, 11-də heç-heçə edib. Qurban Qurbanovun komandası 8 görüşdə isə məğlub olub.

Azərbaycanın digər klubları - “Neftçi” 167-ci, "Bakı" 265-ci, "Keşlə" 290-cı, "Şəmkir" 389-cu, "Kəpəz" 390-cı, "Xəzər Lənkəran" isə 415-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 590 xalla "Real Madrid” başçılıq edir. “Bayern Munich" 462 xalla ikinci, İspaniyanın digər klubu "Barcelona" isə 427 xalla 3-cü yerdədir.Siyahıda ümumilikdə 513 komanda yer alıb.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi