- Çempionlar liqası
- 14:35 23.01.2025
"Liverpul" 2020/2021 mövsümü üçün Çempionlar Liqasına vəsiqəni təmin edib.
Corner.az xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının 26-cı turunda "Çelsi"nin "Mançester Yunayted"ə 0:2 hesabı ilə uduzmasından sonra rəsmiləşib. Bu nəticədən sonra Yurgen Kloppun komandasının bu mövsümün sonunda turnir cədvəlini ən azı 4-cü pillədə bitirəcəyi dəqiqləşib.
Hazırda turnir cədvəlinin 4 və 5-ci pilləsində qərarlaşan "Çelsi"nin 41, "Tottenhem"in isə 40 xalı var. Bu komandalar mövsümün sonunda maksimum 74 və 73 xal toplaya bilər. "Liverpul"un 76 xalı olduğu üçün sözügedən klublar onu qabaqlaya bilməyəcək.
Beləliklə, "Liverpul" növbəti mövsüm ÇL-də iştirak hüququ qazanan ilk Avropa komandası olub.(qol)