15 avqust 2026. Şənbə

Kosta Atletiko'nun sifariş ərizəsində


Kosta Atletiko'nun sifariş ərizəsində

"Atletiko"nun futbolçusu Dieqo Kosta zədəsini sağaldıb.

Corner.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçunun adı Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la ilk oyun üçün sifariş ərizəsində yer alıb.  Baş məşqçi Dieqo Simeone şans verəcəyi təqdirdə, ispaniyalı futbolçu bu matçda komandasına kömək edəcək.

Qeyd edək ki, təcrübəli futbolçu zədə səbəbindən noyabrdan oynamır.

Əlavə edək ki, "Atletiko" - "Liverpul" görüşü bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu