1 fevral 2026. Bazar günü

Koutinyo'nun gedişindən sonra Liverpul daha da güclənib


Koutinyo'nun gedişindən sonra Liverpul daha da güclənib

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la matçdan əvvəl təşkil olunan mətbuat konfransında rəqibin sabiq futbolçusu Felipe Koutinyo haqqında danışıb.

Corner.az xəbər verir ki, argentinalı mütəxəssis braziliyalı yarımmüdafiəçinin gedişindən sonra Liverpul'un daha da gücləndiyini bildirib:

"Klopp Koutinyo ayrılandan sonra da komandanı inkişaf etdirməyə davam etdi. Koutinyo gedəndə elə görünürdü ki, komanda dağılacaq. Amma tam əksi oldu. "Liverpul" Koutinyonun gedişindən sonra daha da gücləndi. Bu vəziyyət hazırda "Liverpul"un heyətində olan futbolçular haqnda çox şeyi deyir".

Qeyd edək ki, "Atletiko" - "Liverpul" görüşü bu gecə saat 00:00-da başlayacaq.(qol)







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”