22 aprel 2026. Çərşənbə

Neymar PSJ-ni günahlandırdı: Qorxurlar


Neymar PSJ-ni günahlandırdı: Qorxurlar

PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsinin "Borussiya"ya 1:2 hesabı ilə uduzduqları ilk oyundan sonra komandasını tənqid edib.

Corner.az xəbər verir ki, 27 yaşlı  futbolçu formada olmadığı üçün komandanın həkimini günahlandırıb: "Ardıcıl 4 görüşdə oynamamaq çətin idi. Amma seçim mənə aid deyildi. Bu, klubun, həkimlərin qərarı idi. Özümü yaxşı hiss edir, oynamaq istəyirdim, ancaq klub qorxdu. Bu da mənim çıxışıma təsir etdi".

Qeyd edək ki, PSJ və "Borussiya" arasındakı cavab matçı martın 11-də Parisdə baş tutacaq.







Çempionlar liqası