1 fevral 2026. Bazar günü

Haaland ÇL-nın tarixinə düşdü


Haaland  ÇL-nın tarixinə düşdü

"Borussiya Dortmund"un futbolçusu Erlinq Haaland Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.

Corner.az-ın "Opta"ya istinadən verdiyi məlumata görə, 20 yaşlı hücumçu turnirdəki debüt matçında 10 və daha çox qol vurmağı bacaran beşinci futbolçudur.

Norveçli futbolçu buna 1/8 final mərhələsinin ilk görüşdə PSJ-yə 2:1 hesabı ilə qalib gəldikləri matçda nail olub. Dortmud təmsilçisinin hər iki qolunu Erlinq Haaland qeyd edib. 

Qeyd edək ki, daha öncə 1958/1959 mövsümündə Fransa "Reyms"ində Jyust Fonten, 1978/1979 mövsümündə İsveçrə "Qrasşopper"ində Klaudio Sulser və 2017/2018 mövsümündə "Liverpul"da Sadio Mane ilə Roberto Firmino bunu bacarıblar.Erlinq Holann ÇL-in hazırkı mövsümündə bombardirlik siyahısında Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski ilə ilk pillədə qərarlaşıblar. 







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”