5 dekabr 2025. Cümə

Ronaldo tək Yuventus'dan güclü deyil - Alleqri


Ronaldo tək Yuventus'dan güclü deyil - Alleqri

"Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri Turin təmsilçisinin Çempionlar Liqasını qazanma şansını dəyərləndirib.

Corner.az xəbər verir ki, italiyalı mütəxəssis Ronaldonun komandandakı rolundan da danışıb:

“Ronaldonun psixologiyası dəhşətli bir nümunədir. O, beş dəfə “qızl top”u qazanıb və çoxlu pulu var. Ancaq hələ də özünə yeni hədəflər qoyur. Qazanmaq üçün çalışmağı və fədakarlıq etməyi bacarmalısan. Təbii ki, Ronaldo tək “Yuventus”dan güclü deyil. Çempionlar Liqasını qazanmaq üçün bəzən də şansa ehtiyacınız var. Hazırda bu turnirdə heç kimi favorit görmürəm. İndi üç il əvvəlki “Real Madrid” yoxdur. O zaman onlar xeyli güclü idilər. Həmin vaxtlar Ronaldo “Real Madrid”də çıxış edirdi. O, Madird klubu ilə 4 dəfə bu kuboku qazanıb. Sizin də əlinizdə belə bir futbolçu varsa, həmişə iddialı olmalısınız. Ancaq əvvəlcə mütləq komanda olmağı bacarmaq lazımdır”.

Qeyd edək ki, "Yuventus" Çempionlar Liqasının 1/8 final mərhələsində "Lion"la qarşılaşacaq.(matc)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”