26 mart 2026. Cümə axşamı

Qvardiola ən yaxşı məşqçidir - Zidan


Qvardiola ən yaxşı məşqçidir - Zidan

"Bu mübarizə Zidanla Qvardiola arasında deyil. Bu, “Real” – “Mançester Siti” rəqabətidir”.

Corner.az xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə keçiriləcək oyun haqda danışarkən deyib.
 
Fransalı mütəxəssis rəqibin baş məşqçisi Pep Qvardiola haqda müsbət fikirlər səsləndirib. O, Qvardiolanı dünyanın ən yaxşı məşqçisi hesab etdiyini bildirib: "Qvardiola “Barselona”, “Bavariya” və “Mançester Siti”də səviyyəsini göstərdi. Bir çox yaxşı məşqçi var. Amma məncə, Qvardiola ən yaxşısıdır. Əvvəllər onunla söhbət etmişəm, mənə qarşı olduqca dürüstdür. Aramızda yaxşı münasibət var. Gözəl bir oyun olacağı dəqiqdir. Azarkeşlərimizin bizimlə qürur duymasını istəyirik və bunun üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, "Real" - "Mançester Siti" matçı fevralın 26-dan 27-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.(qol)







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"