11 may 2026. Bazar ertəsi

Barselona'dan sərfəli heç-heçə, Bavariya'dan darmadağın


Barselona'dan sərfəli heç-heçə, Bavariya'dan darmadağın

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir.

Corner.az xəbər verir ki, bu gecə daha iki qarşılaşma baş tutub.

Turun maraqla gözlənilən matçı Londonda baş tutub. “Çelsi” öz meydanında “Bavariya”nı qəbul edib. Münhen təmsilçisi səfərdə darmadağınla qələbə qazanıb.

Digər görüş isə İtaliyada keçirilib. “Napoli” doğma meydanda “Barselona”nı qəbul edib. Bu oyunda isə qalib müəyyənləşməyib.

Çempionlar Liqası, 1/8 final mərhələsi

“Çelsi” – “Bavariya” 0:3
Qol: Qnabri, 51; 54. Levandovski, 76.
London. “Stemford Bridc”. Hakim: Klement Turpin.

Çelsi: Kabalyero, Rudiger, Alonso, Kristensen, Aspilikueta, Ceyms, Jorjinyo, Barkli, Kovaçiç, Maunt, Jiru.

Bavariya: Noyer, Pavar, Boatenq, Alaba, Kimmix, Alkantara, Qnabri, Koman, Devis, Müller, Levandovski.


“Napoli” – “Barselona” 1:1
Qol: Mertens, 30 - Qrizmann, 57.
Neapol. “San Paolo”. Hakim: Feliks Brik







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"