5 dekabr 2025. Cümə

Hələ bu səviyyədə deyilik - Lampard


Hələ bu səviyyədə deyilik - Lampard

Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi” evdə “Bavariya”ya məğlub olub (0:3).

Corner.az xəbər verir ki, ki görüşün ardından London klubunun baş məşqçisi  Frank Lampard oyun barəsində fikirlərini bildirib:

“Bu gün "Bavariya" fantastik futbol nümayiş etdirdi. Bacarığımızın maksimunda oynasaq da, məğlub olduq. Bəli, mükəmməl deyildik. Bu gecə ilk dəqiqədən sona qədər böyük xəyal qırıqlığına uğradıq. Bu turnirdə sona qədər oynamağı  çox istərdik. Amma bu gün başa düşdük ki, hələ bu səviyyədə deyilik. Çox ciddi bir dərs aldıq. Rəqibimiz uzun müddət birlikdə mübarizə aparan heyətə sahibdir. Onları təbrik etməliyik. İlk hissədə inadkarlıqla müqavimət göstərdik və müdafiədəki səhv oyuna baxmayaraq, qol buraxmadıq. Ancaq bu cür matçlarda müsbət nəticə qazanmaq üçün daha çox şey lazımdır. Futbolçularımızın çoxu ancaq Avropa Liqasında oynayıb, Çempionlar Liqasının pley-off mərhələsində çıxış etməyiblər. Müdafiədə çətinlik çəkəcəyimizi bilirdik. Çalışsaq da, qarşısını ala bilmədik. Münhendə daha yaxşı oynamalı və nəticəyə əhəmiyyət vermədən nəyə qadir olduğumuzu göstərməliyik”.

Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması martın 18-də keçiriləcək.(matc)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”