26 mart 2026. Cümə axşamı

İtirəcəyimiz bir şey yoxdur - Jiru


İtirəcəyimiz bir şey yoxdur - Jiru

"Çelsi"nin hücumçusu Olivier Jiru Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Bavariya"ya qaşı aldıqları məğlubiyyəti (0: 3) şərh edib.

Corner.az xəbər verir ki, fransalı futbolçu məğlubiyyəti layiq olduqlarını bildirib:

“Çətin bir gecə oldu. “Bavariya” çox yaxşıdı oynadı. Həqiqətlərlə üzləşməliyik. Hər iki komandanın da şansı oldu, ilk yarıda onlarla başa-baş oynadıq. İkinci hissə əks-hücumlarda daha təsirli oldular və üç dəqiqə ərzində iki qol vurdular. Bundan sonra matça dönmək bizim üçün psixoloji cəhətdən çətin oldu. Rəqib bu görüşdə qalib gəlməyi layiq idi. Mən məğlubiyyəti indidən qəbul etmirəm, amma bizi çox çətin oyun gözləyir. Səfərdə ən azı 3 qol vurmalı və top buraxmamalıyıq. Bu isə real deyil. Demək olar ki, itirəcəyimiz bir şey yoxdur”.

Qeyd edək ki, tərəflər arasındakı cavab oyunu martın 18-də Münhendə keçiriləcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"