5 dekabr 2025. Cümə

Üzərimdə işləməliyəm - Qrizmann


Üzərimdə işləməliyəm - Qrizmann

"Barselona"nın hücumçusu Antuan Qrizmann Çempionlar Liqasının 1/8 final mərhələsində "Napoli"yə qarşı oyunu (1:1) şərh edib.

Corner.az xəbər verir ki, 28 yaşlı futbolçu qələbə qazanmaq istədiklərini bildirib:

"Qələbə üçün gəlmişdik. Ancaq təəssüf ki, bacara bilmədik. Əvvəlcə boşluq tapmaq və epizod yaratmaq çətin oldu. Onların yorulduğunu görəndən sonra bir qədər də irəliləməli olduq. Oyunum üzərində işləməliyəm. Komanda meydanda genişlik yaratmalı və daha qarşıya oynamalıdır. Mən buna cəhd etsəm də, bəzən alınmır. Sərbəst zonalar yaratmalıyam. İlk yarıda bacarmadım, ikinci hissədə  hər şey düzəldi. İndi evdəki matçı gözləyirik, həmin görüş tamam fərqli olacaq. Azarkeşlərimizin qarşısında qələbə qazanmalıyıq”.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu martın 18-də keçiriləcək.(matc)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”