15 avqust 2026. Şənbə

Real evdə, Yuventus səfərdə məğlub oldu


Real evdə, Yuventus səfərdə məğlub oldu
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.

Corner.az xəbər verir ki, bu gecə daha iki qarşılaşma baş tutub.
 
Turun mərkəzi görüşü İspaniyada keçirilib. “Real” öz doğma meydanda “Mançester Siti” ilə qarşılaşıb. Görüşdə hesabı meydan sahibləri açıblar. Amma qalan dəqiqələrdə iki qol vuran qonaqlar əzmkar qələbə qazanıb.
 
Gecənin digər matçı isə Fransada baş tutub. Lion öz doğma meydanda “Yuventus”la üz-üzə gəlib. Bu oyunda isə meydan sahibləri minimal hesabla qalib gəlib.
 
UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi
26 fevral
 
“Olimpik” (Lion) - "Yuventus" 1:0
Qol: Tusar, 31.
Lion. “Park Olimpik Lion”. Hakim: Jesus Manzano
 
"Real" - "Mançester Siti" 1:2
Qol: İsko, 60 - Q.Jezus, 78. De Breyne, 83-pen.
Madrid. “Santiaqo Bernabeu”. Hakim: Daniel Orsato
 






Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu