11 may 2026. Bazar ertəsi

Ramos İbrahimoviçə çatdı - Antirekord


Ramos İbrahimoviçə çatdı - Antirekord

“Real”ın kapitanı Serxio Ramos  Çempionlar Liqasında antirekorda imza atıb.

Corner.az xəbər verir ki, 33 yaşlı müdafiəçi 1/8 final mərhələsinin ilk matçında “Mançester Siti” ilə görüşün 86-cı dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan qovulub.

Bununla da, Ramos, karyerası ərzində 4-cü dəfə Çempionlar Liqasında qırmızı vərəqəylə cəzalanıb.

Ramos, Çempionlar Liqası tarixində ən çox qırmızı vərəqə alan futbolçu kimi Edqar Davids və Zlatan İbrahimoviçin antirekorduna şərik çıxıb. İspaniyalı müdafiəçi 4 qırmızı vərəqədən 3-nü birbaşa alıb.(qol)







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"