- Çempionlar liqası
- 14:35 23.01.2025
UEFA Çempionlar Liqasında PSJ və "Borussiya" (Dortmund) komandaları arasındakı 1/8 final mərhələsinin cavab görüşü azarkeşsiz keçiriləcək.
Corner.az-ın "LEquipe” nəşrinə istinadən verdiyi məlumata görə, buna səbəb koronovirusun yayılmasıdır. Fransada bu xəstəliyin qarşısının alınması məqsədilə ölkə ərazisində 1000 nəfərdən artıq şəxsin toplanması qadağan edilib.
Futbol matçları da bu kateqoriyaya aid edilir. Bütün hallarda son qərarı Paris prefekturası qəbul edəcək.
Hazırda Fransada yeni virusa yoluxanların sayı 1 126-ya çatıb. Onlardan 19-u dünyasını dəyişib. 21 nəfər ağır vəziyyətdə olsa da, 12 nəfər sağalıb.
Qeyd edək ki, görüş martın 11-də “Park de Prens” stadionunda keçiriləcək. İlk oyunda “Borussiya” qələbə qazanıb - 2:1.