15 avqust 2026. Şənbə

UEFA avrokubok oyunları öncəsi əllə görüşməyi qadağan etdi


UEFA avrokubok oyunları öncəsi əllə görüşməyi qadağan etdi

UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti qərar qəbul edib.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, futbolçulara avrokubok oyunları öncəsi əllə görüşmək qadağan olunub.

Bu addım Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə atılıb.

Qeyd edək ki, qitə futbol qurumu daha əvvəl Çempionlar Liqasının 1/8 final mərhələsində "Valensiya" (İspaniya) - "Atalanta" (İtaliya), həmçinin Avropa Liqasının 1/16 finalının "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə) matçlarının azarkeşsiz keçiriləcəyini açıqlayıb. Bundan başqa, ÇL-də 1/8 finalın PSJ (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) oyununa da azarkeşlərin buraxılmayacağı gözlənilir.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu