22 aprel 2026. Çərşənbə

Mbappe Borussiya'ya qarşı oynamaya bilər


Mbappe Borussiya'ya qarşı oynamaya bilər

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 finalında "Borussiya Dortmund" ilə cavab oyununu buraxa bilər.

Corner.az "Le Parisien"ə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu xəstə olduğu üçün komandanın dünənki məşqini buraxıb. Boğazında ağrı hiss edən fransalı futbolçunun sabahkı matça kimi hazır olub-olmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, PSJ - "Borussiya" görüşü sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.







Çempionlar liqası