22 aprel 2026. Çərşənbə

Atalanta'nın futbolçusu Messi və Ronaldoya çatdı


Atalanta'nın futbolçusu Messi və Ronaldoya çatdı

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Atalanta” səfərdə "Valensiya" nı 4:3 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Corner.az xəbər verir ki, bu görüşdə poker edən İtaliya təmsilçisinin hücumçusu Josip İliçiç Çempionlar Liqasının pley-off mərhələsində iki matçda 5 qol vuran üçüncü futbolçu oldu.

32 yaşlı futbolçudan əvvəl Messi və Ronaldo buna nail olmuşdu. Argentinalı 2011-2012-ci il mövsümündə “Bayer” və “Real” görüşlərində 6 qol vurmuşdu.

Ronaldo isə 2016-2017 mövsümündə Madrid klubunda çıxış edərkən “Bavariya”ya qarşı keçirilən iki matçda 5 dəfə fərqlənib.

Qeyd edək ki, İliçiç bu mövsüm “Atalanta”da 29 oyuna 21 qol vurub.







Çempionlar liqası