- Çempionlar liqası
- 14:35 23.01.2025
“Çox şadam ki, növbəti mərhələyə çıxdıq və bunu layiqincə etdik. Dörd qol vurduq, qapımızı toxunulmaz saxladıq. Bütün göstəricilərdə “Tottenhem”dən üstün olduq”.
Corner.az xəbər verir ki, bu sözləri “Leyptsiq”in baş məşqçisi Yulian Naqelsman Çempionlar Liqasının 1/8 finalının “Tottenhem”lə cavab oyunundan sonra deyib.
3:0 hesablı qələbəni şərh edən 32 yaşlı çalışdırıcı növbəti rəqibin kim olmasının onlar üçün fərq etmədiyini bildirib: “Düşünürəm ki, Londonda daha yaxşı oynadıq. Ancaq ümumi nəticədən məmnunam. Çünki gənc komandamız var. Bizdə hər şey ideal olmasa da, bu iki oyunda əla çıxış etdik.
İlk dəfədir pley-offda oynayırıq. Ancaq bizdə həyəcan yoxdur. Ən başlıcası öz oyun üslubumuzu qoruyuruq. Qarşıdakı görüşlərdə də buna sadiq qalmalıyıq.
Növbəti rəqib haqda düşünmürük. Kim olursa olsun. İrəli getmək istəyən, rəqabətə davamlı komandamız var. Görək necə olacaq”.
Xatırladaq ki, "Leyptsiq" hər iki görüşdə (1:0, 3:0) "Tottenhem"ə qalib gələrək 1/4 finala yüksəlib.(qol)