1 fevral 2026. Bazar günü

ÇL-da həftənin oyunçusu adına namizədlər açıqlandı


ÇL-da həftənin oyunçusu adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib. 

Corner.az-ın məlumatına görə, bu ada "Atalanta"dan Yosip İliçiç, "Leyptsiq"dən Marsel Zabitser, "PSJ"dən Xuan Bernat və "Atletiko"dan Yan Oblak iddia edirlər. 

İliçiç İspaniyada "Valensiya"nı 4:3 hesabı ilə məğlub etdikləri görüşdə poker edib. 

Zabitser evdə "Tottenhem"ə 3:0 hesabı ilə qalib gəldikləri matçda iki qol vurub. 

Bernat isə "Borussiya" (Dortmund) məğlub etdikləri matçda fərqlənib. Yan Oblak əlavə vaxtda "Liverpul"a 2:3 hesabı ilə qalib gəldikləri oyunda qurtarışları ilə yadda qalıb. 

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”