1 fevral 2026. Bazar günü

Atletiko'nun niyə belə oynadığını anlaya bilmirəm - Klopp


Atletiko'nun niyə belə oynadığını anlaya bilmirəm - Klopp

“Hesabın 2:1 olması bizim üçün problem oldu. Ancaq yenə də vəziyyəti dəyişə bilərdik. İkinci qolu buraxdıqdan sonra futbolçular yoruldu. Matçın əsas vaxtından sonra oyun ağırlaşdı. Meydanda istədiyimiz kimi deyildik. Görüşün əvvəlindəki kimi davam edə bilmədik. Sanki oyunçular da nə cür oynayacaqlarını unutdular".

Corner.az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 finalında "Atletiko"ya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları cavab matçdan sonra deyib.

O, komandasının oyunundan razı qaldığını bildirib: Belə rəqibə qarşı mübarizə aparmaq asan deyil. ”Atletiko” kimi bir komandanın niyə bu cür oynadığını başa düşmürəm. Onlar əsl futbol da oynaya bilərlər. Ancaq müdafiədə oturub əks hücuma çıxmağa üstünlük verirlər. Bu nəticəni qəbul edirik. Ancaq məncə, bugünkü çıxışımıza görə deyildi. Nələr itirdiyimizin fərqindəyik. Oyunçularım bütün komanda ilə müdafiə olunan dünya səviyyəli bir rəqibə qarşı yaxşı mübarizə apardılar.Ümumi götürsək, komandanın çıxışından razıyam"


Almaniyalı mütəxəssis bu görüşdə şanssız olduqlarını söyləyib: Bəli, son iki ildə şans bizimlə idi. İki dəfə finala yüksəldik. Ancaq bu gün hər şey bizə qarşı oldu”.

 







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”