24 yanvar 2025. Cümə

Elə danışılırdı ki, sanki hər şey bitib - Tuçel


Elə danışılırdı ki, sanki hər şey bitib - Tuçel

“Azarkeşlər çox gözəl idi. Oyundan əvvəl bizi güclə təmin edilər. Biz avtobusda onlarla birlikdə oxuyurduq.Bu qələbəni azarkeşlərə həsr edirik".

Corner.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Tomas Tuçel Çempionlar Liqasının 1/8 finalında "Borussiya"ya 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra deyib.

"Biz komanda şəklində oynadıq. Bunu göstərmək bizim üçün ən vacibi idi. Belə bir komandanın məşqçisi olmaq xoşdur. Biz son 28 matçdır məğlub olmuruq. Təkcə “Borussiya”ya 1 top fərqi ilə uduzmuşduq. Ancaq elə danışılırdı ki, sanki çempionatda dördüncüyük, burda isə hər şey bitib. Hər kəs tənqidçi olmaq istəyir. Çünki tənqid etmək asandır" - deyə o bildirib.

T.Tuçelin sözlərinə görə, həmişə oyunun gedişatını nəzarətdə saxlamağa çalışırlar: "Birinci hissədə buna tamamilə nail olduq. Dözmək məcburiyyətində olduğumuz bəzi anlar oldu.  Rəqib sahəni bağlayırdı. Ancaq futbolçularımın hər biri yaxşı çalışdı.Biz bunu planlaşdırmırdıq, amma belə alındı. Rəqibi əks-hücumlarla hədələməyə davam etdik".(qol)







Çempionlar liqası

"Bu qələbə bizə inam verdi"
  • Çempionlar liqası
  • 12:58 23.01.2025
"Bu qələbə bizə inam verdi"
“Komandamız hazırda əla formadadır"
  • Çempionlar liqası
  • 12:56 23.01.2025
“Komandamız hazırda əla formadadır"
"Biz eyni məcrada davam etməliyik”
  • Çempionlar liqası
  • 12:54 23.01.2025
"Biz eyni məcrada davam etməliyik”
"Rəqibimiz layiqli qələbə qazandı"
  • Çempionlar liqası
  • 12:19 23.01.2025
"Rəqibimiz layiqli qələbə qazandı"
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
  • Çempionlar liqası
  • 12:09 23.01.2025
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
"Hər şey öz əlimizdədir"  - Simone İnzaqi
  • Çempionlar liqası
  • 11:38 23.01.2025
"Hər şey öz əlimizdədir" - Simone İnzaqi