15 avqust 2026. Şənbə

Çempionlar Liqasının 2 oyunu təxirə salındı


Çempionlar Liqasının 2 oyunu təxirə salındı

Çempionlar Liqasının 1 /8 finalının cavab oyunları çərçivəsində keçiriləcək  iki görüş təxirə salınıb.

Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Yuventus” – “Lion” və “Mançester Siti” – “Real” matçı koronavirus səbəbindən nəzərdə tutulduğu vaxtda keçirilməyəcək.

“Mançester Siti”nin rəsmi saytı “Real”ın basketbol komandasının bir üzvündə koronavirusun aşkarlanmasına görə görüşün təxirə salındığını açıqlayıb. Madrid klubunda basketbol və futbol komandaları eyni bazada yerləşdiyindən futbolçular da karantinə alınıb.

Qeyd edək ki, hər iki görüş martın 17-də keçirilməli idi. Komandalar arasında ilk görüşdə “Mançester Siti” 2:1 (səfərdə), “Lion” isə 1:0 (evdə) hesablı qələbə qazanıb.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu