30 iyun 2026. Çərşənbə axşamı

UEFA çempionatların bərpası ilə bağlı 3 təklif verəcək


UEFA çempionatların bərpası ilə bağlı 3 təklif verəcək

UEFA milli çempionatların bərpa tarixi ilə bağlı bir neçə variant hazırlayır.

Corner.az "Corriere dello Sport" nəşrinə istinadən xəbər verir ki, quruma üzv olan 55 milli assosiasiya ilə 1 aprel videokonfransında 3 təklifin irəli sürüləcəyi gözlənilir.

Bunlardan birincisi çempionatların mayın ortasında start götürməsidir. Bu plan baş tutmayacağı halda, bərpa müddəti mayın sonuna qədər uzadılacaq. Üçüncü təklif isə liqaları iyunun ortasında başlatmaqdan ibarətdir.

UEFA-nın milli çempionatları başa çatdırmaq üçün avrokubokların formatında dəyişikliyə gedə biləcəyi və finala çıxmaq üçün oyunların sayını azaldacağı da istisna olunmur.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu