5 dekabr 2025. Cümə

Klublara kömək etməyə borcluyuq - İnfantino


Klublara kömək etməyə borcluyuq - İnfantino

"FIFA-nın dünya futbol təsərrüfatına kömək etmək üçün bəzi variantlar üzərində işlədiyini təsdiqləyirik. Futbol ictimaiyyəti koronavirus pandemiyasına görə maliyyə böhranı yaşayır. Bu isə federasiyalararası əlaqəni təhdid altına alır".

Corner.az-ın məlumatına görə, bu fikirləri FIFA prezidenti Canni İnfantino koronavirusun dünya futboluna təsiri barədə ANSA agentliyinə müsahibəsində deyib.

Klubların, dünyada futbolla məşğul olan bütün insanların çətin durumda olduğunu bildirən C.İnfantino əlavə edib ki, ali futbol qurumunun borcu onlara köməklik göstərməkdir: "FIFA-nın maliyyə vəziyyəti mürəkkəbdir. Buna baxmayaraq, milli assosiasiyalara, klublara kömək etmək üçün əlimizdən gələn etməyə borcluyuq. Pandemiyanın futbola maliyyə təsirini ətraflı qiymətləndirdikdən sonra futbol ictimaiyyətinə kömək imkanları üzərində işləyirik".

Qurum rəhbərinin sözlərinə görə, bu addımın daha tez atılması üçün hazırda yardımın dəqiq formatı və təfərrüatları FIFA-ya üzv assosiasiyalar, konfederasiyalar və digər maraqlı tərəflərlə müzakirə olunur.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”