22 aprel 2026. Çərşənbə

Avrokubokların yeni tarixi bilindi


Avrokubokların yeni tarixi bilindi

UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunları növbəti dəfə təxirə salınıb.

Corner.az-ın Almaniyanın ZDF telekanalına istinadən məlumatına görə, bu barədə qərar UEFA-nın bu gün quruma üzv 55 milli assosiasiya ilə keçirdiyi video-konfrans zamanı qəbul olunub.

Bildirilir ki, qitə futbol qurumu avrokubokların iyul və ya avqustda bərpa olunmasını təklif edib. Həmçinin UEFA-nın avrokuboklarla paralel olaraq, milli çempionatların da keçirilməsini tövsiyyə etdiyi bildirilib.

Qeyd edək ki, ki Çempionlar Liqası və Avropa Liqasının oyunları koronavirus pandemiyasına görə martın 13-dən dayandırılıb.







Çempionlar liqası