1 fevral 2026. Bazar günü

UEFA-dan assosiasiyalara məktub - Çempionatı ləğv etmək əsassızdır


UEFA-dan assosiasiyalara məktub - Çempionatı ləğv etmək əsassızdır

UEFA yerli çempionatların vaxtından əvvəl tamamlanmasının əsassız qərar olduğunu düşünür. 

Corner.az "Sky Sports"a istinadən xəbər verir ki, bu barədə quruma üzv 55 milli assosiasiyaya göndərilmiş məktubda bildirilir.  

UEFA cari çempionatları ləğv etməməyi tövsiyə edərək, futbolun yaxın gələcəkdə bərpa olunacağına ümidvar olduğunu vurğulayıb: "Bu mərhələdə daxili yarışlardan imtina etmək üçün verilən hər hansı qərar əsassızdır. Yaxın aylarda futbol dövlət orqanlarının tələb etdiyi şərtlərlə davam edə bilər. Turnirlərin qaliblərinin yalnız nəticələr əsasında müəyyənləşdirilməsi lazımdır. Heç bir alternativ qalmadıqda mövsümün başa çatdırılması son seçim olmalıdır".

Qurumdan o da vurğulanıb ki, pandemiyanın yarışların qaydalara uyğun keçirilməsinə mane olmaması da zəruridir. 

Qeyd edək ki, daha öncə Belçikada çempionat ləğv olunub və "Brügge" çempion elan edilib.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”