24 yanvar 2025. Cümə

Bu mövsüm avrokuboklar bərpa olunmaya bilər


Bu mövsüm avrokuboklar bərpa olunmaya bilər

"Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) ən gec avqustun 3-də başa çatmalıdır. ÇL-in finalı da bu tarixdə ola bilər".

Corner.az-ın məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin Sloveniya mətbuatına açıqlamasında avrokubokların bərpası ilə bağlı danışarkən deyib.

O bildirib ki, koronavirus pandemiyası nə qədər tez başa çatarsa, matçlar da bir o qədər tez başlaya bilər.

A.Çeferin ÇL və AL-in yerdə qalan oyunlarının yeni formatda davam etdirilə biləcəyini də istisna etməyib: "Avrokubok qarşılaşmalarını neytral stadionlarda və 1 oyundan ibarət sistemlə də keçirmək olar. Hələlik "8-lər finalı" və "4-lər finalı" kimi ehtimallar da var".

Qitə futbol qurumunun rəhbəri avrokubok matçlarının may, iyun və ya iyul ayında başlaya biləcəyini vurğulayıb: "Amma turnirlər bərpa olunmaya da bilər. Səlahiyyətli qurumlar icazə verməsələr, oyunlar olmayacaq. Hər şey ölkələrin verəcəyi qərarlardan asılıdır".







Çempionlar liqası

"Bu qələbə bizə inam verdi"
  • Çempionlar liqası
  • 12:58 23.01.2025
"Bu qələbə bizə inam verdi"
“Komandamız hazırda əla formadadır"
  • Çempionlar liqası
  • 12:56 23.01.2025
“Komandamız hazırda əla formadadır"
"Biz eyni məcrada davam etməliyik”
  • Çempionlar liqası
  • 12:54 23.01.2025
"Biz eyni məcrada davam etməliyik”
"Rəqibimiz layiqli qələbə qazandı"
  • Çempionlar liqası
  • 12:19 23.01.2025
"Rəqibimiz layiqli qələbə qazandı"
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
  • Çempionlar liqası
  • 12:09 23.01.2025
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
"Hər şey öz əlimizdədir"  - Simone İnzaqi
  • Çempionlar liqası
  • 11:38 23.01.2025
"Hər şey öz əlimizdədir" - Simone İnzaqi