1 fevral 2026. Bazar günü

ÇL-nın final matçı İstanbuldan alına bilər


ÇL-nın final matçı İstanbuldan alına bilər

UEFA koronavirus pandemiyası ilə əlaqədar dayandırılan Çempionlar Liqasına 8-lər finalı ilə yekun vurmaq istəyir.

Corner.az “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, qurum yarışı neytral məkanda başa vurmaq niyyətindədir.

Final matçının Türkiyədə keçirilməsi də sual altına düşə bilər. Buna səbəb qonşu ölkədə infeksiya sayının artmasıdır.

Qeyd edək ki, UEFA aprelin 23-də quruma üzv olan 55 milli assosiasiya ilə növbəti videokonfrans keçirəcək. Çempionlar Liqasının finalı Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda təşkil olunmalıdır. 







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”