- Çempionlar liqası
- 15:40 31.01.2026
Koronavirus pandemiyasına görə dayandırılmış Çempionlar Liqasının və Avropa Liqası oyunlarının bərpa olunmasının mümkün tarixləri məlum olub.
Corner.az-ın məlumatına görə, bu barədə “Sky Sport Italia” bildirib
Məlumata görə, Avropa Liqası oyunlarının 2-3 avqustda bərpa edilməsi planlaşdırılır. Çempionlar Liqası isə öz növbəsində 7-8 avqustda davam etdiriləcək.
Oyunlar hər üç gündən bir keçiriləcək. Daha əvvəl bildirilirdi ki, UEFA 29 avqustda Çempionlar Liqasının finalını keçirməyi planlaşdırır.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılması riskinə görə bütün dünyada kütləvi idman tədbirləri dayandırılıb