26 mart 2026. Cümə axşamı

Klublarımız avrokuboklara nə vaxt qoşulur?


Klublarımız avrokuboklara nə vaxt qoşulur?

Cari mövsümün sonunda Çempionlar Liqası (ÇL) və Avropa Liqasına (AL) vəsiqə qazanan komandaların avrokubokların təsnifat mərhələsində mübarizəyə başlayacaqları tarixlər müəyyənləşib. 

Corner.az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, bununla bağlı UEFA-nın bu gün quruma üzv olan 55 milli assosiasiya ilə video-konfransında razılıq əldə olunub. 

İddia edilir ki, 29 avqusta planlaşdırılan ÇL finalından cəmi 16 gün sonra 2020/2021 mövsümü üçün milli çempionatlar start götürəcək. Avrokuboklarda yeni mövsümün də məhz sentyabrın ortalarında başlayacağı bildirilib. Bu isə o deməkdir ki, Azərbaycan təmsilçiləri həmin tarixdən qitəmiqyaslı oyunlara çıxacaqlar.

Qeyd edək ki, avrokuboklarda ilkin təsnifat mərhələsinin qarşılaşmaları iyunun sonlarında başlamalı idi. 







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"