5 dekabr 2025. Cümə

Məsuliyyətli qərar qəbul etdik - Çeferin


Məsuliyyətli qərar qəbul etdik - Çeferin

"Futbol koronavirus böhranının yaratdığı misli görünməmiş problemlə üz-üzədir. UEFA öz üzvlərinə xüsusi şərtlərə uyğun şəkildə reaksiya verməklə kömək etmək istəyir".

Corner.az-ın məlumatına görə, bu fikirləri UEFA-nın prezidenti Aleksander Çeferin qurumun rəsmi saytına açıqlamasında milli assosiasiyalara maliyyə yardımı barədə danışarkən deyib.

Sloveniyalı futbol funksioneri bildirib ki, hər federasiyaya 4,3 milyon avro vəsait köçürüləcək: "Bu məbləğ futbol ictimaiyyətinin bərpası üçün istifadə oluna bilər. Hesab edirəm ki, kömək etmək üçün bacardığımız qədər məsuliyyətli qərar qəbul etdik".

A.Çeferin böhran dövründə futbolun nümayiş etdirdiyi birlikdən qürur duyduğunu söyləyib: "Şübhəsiz, adət etdiyimiz həyat tərzinə qayıtdıqdan sonra futbol yenə diqqət mərkəzində olacaq. Bu an yetişdikdə, futbol cavab verməyə hazır olmalıdır".

Qeyd edək ki, UEFA quruma üzv olan 55 milli assosiasiyaya ümumilikdə 236,5 milyon avro maliyyə yardımı ayırıb.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”