15 may 2026. Cümə

PSJ Çempionlar liqası ilə bağlı qərarını verdi


PSJ Çempionlar liqası ilə bağlı qərarını verdi

PSJ  mübarizəni davam etdirdiyi Çempionlar Liqası ilə bağlı qərarını verib.

Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu ölkədə sentyabra kimi matçların oynanılmamayacağı açıqlanmasına baxmayaraq, ÇL-də mübarizəni davam etdirmək qərarına gəlib. PSJ-nin ev oyununu ölkə xaricində keçirməyə razı olduğu vurğulanıb.

Məlumatı klubun sahibi Nasser El Xelafi təsdiqləyib. O, hökumətin qərarına hörmətlə yanaşdıqlarını və ölkə xaricində olsa belə, ÇL-də mübarizəyə davam edəcəklərini söyləyib.

Qeyd edəkk ki, PSJ ÇL-in 1/8 finalında "Borussiya"nı turnirdən kənarlaşdıraraq 1/4 finala yüksəlib.

Xatırladaq ki, Fransa çempionatında bu mövsüm koronavirus səbəbindən ləğv olunub.(qol)







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"