5 dekabr 2025. Cümə

Futbol dəyişəcək - Çeferin


Futbol dəyişəcək - Çeferin

"Koronavirusu məğlub edəcəyik, amma hələlik futbol müsbət enerji verə bilər". 

Corner.az-ın məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksander Çeferin "Nova.rs" nəşrinə açıqlamasında deyib. 

Sloveniyalı funksioner bildirib ki, virus dünyanın zəifliyini anlamağa məcbur edib. Onun sözlərinə görə, futbol qayıtmasa, insanların normal həyata dönüş hissləri olmayacaq: "Futbol dəyişəcəkmi? Bəli, amma bu, müvəqqəti dəyişiklik olacaq. Futbol epidemiya və müharibələrdən sağ qurtulub. Bizim bildiyimiz idman növünə qayıdacağını da görəcəksiniz. Ölkə rəhbərləri addımlar atmağa başlayanda futbolçular bütün testləri keçərək azarkeşlərsiz meydana geri dönəcəklər". 

Qeyd edək ki, Belarus Yüksək Liqası istisna olmaqla, Avropanın bütün ölkələrində çempionatlar koronavirus pandemiyası üzündən dayandırılıb.(report)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”